Siyasət
14.01.2019 / 11:50

Məmmədyarov və Mnatsakanyan arasında keçiriləcək görüşün yeri və tarixi açıqlanıb

Məmmədyarov və Mnatsakanyan arasında keçiriləcək görüşün yeri və tarixi açıqlanıbAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il yanvarın 16-da Parisdə görüş keçiriləcək.

İnform.az Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.




İnform.az

Baxış sayı: 255