Baş xəbər, İdman
14.01.2019 / 10:15

Karateçilərimiz Qran Pri turnirində 10 medal qazandılar/ FOTO

Karateçilərimiz Qran Pri turnirində 10 medal qazandılar/Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalarımız 28-ci Xorvatiyada Qran Pri turnirindən yüksək nəticə ilə dönür.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasının Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov məlumat verib.

Məlumata görə, Samobor şəhərində 23 ölkədən 1621 karateçinin iştirakı ilə ənənəvi yarışda idmançılarımız 10 medal qazanıb.

Roman Heydərov (kata) 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsgəndərov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıxova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov(-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb.

Karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Aalborq şəhərində Avropa çempionata gözləyir. Bu məsul yarışa hazrılığın bir hissəsi kimi Xorvatiya Qran Prisinə qatılan aşağı yaşlı seçmə komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək.

Karateçilərimiz Qran Pri turnirində 10 medal qazandılar/


Karateçilərimiz Qran Pri turnirində 10 medal qazandılar/


Karateçilərimiz Qran Pri turnirində 10 medal qazandılar/




İnform.az

Baxış sayı: 43