Din
11.01.2019 / 17:05

Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/ FOTO

Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/
Dünən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd kitabxanasında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev, Şağlaser kənd ümumi orta məktəbinin direktor müavini Mircəfər Paşayev, dini icma sədri Ruhulla Ruhullayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

İnform.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları, eləcə də radikal dini cərəyanlar haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb.

E.Həmidli qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev çıxışında gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildirib.

Şağlaser kənd ümumi orta məktəbinin direktor müavini Mircəfər Paşayev, dini icma sədri Ruhulla Ruhullayev və digərləri çıxışlarında gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmini diqqətə çatdırıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” adlı sənədli film nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/


Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/


Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/


Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/


Əhali arasında dini maarifləndirmə tədbirləri davam etdirilir/




İnform.az

Baxış sayı: 412