Baş xəbər, Din
11.01.2019 / 17:35

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan deportasiya ediliblər

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan deportasiya ediliblərYanvarın 10-da Daxili İşlər Nazirliyi,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunmuş və ölkəmizdən deportasiya ediliblər.



İnform.az



Baxış sayı: 81