Sosial
11.01.2019 / 16:30

Bu ərazilərdə su olmayacaq- XƏBƏRDARLIQ!

Bu ərazilərdə su olmayacaq-Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 11 yanvar 2019-cu il tarixində Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Bu barədə İnform.az-a "Azərsu"-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.



İnform.az

Baxış sayı: 28