İdman
11.01.2019 / 15:30

UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq/ FOTO

 UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq/
Yanvarın 10-da UNİCEF-in Aərbaycan nümayəndəliyində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla nümayəndəliyin rəhbəri Edvard Karvardin arasında görüş keçirilib.

Görüşdə Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, İ.Rəhimov ölkəmizdə uşaq paralimpiya hərəkatı yarandığı ilk dövrdən UNİCEF-in Azərbaycan nümayəndəliyi hərəkatın inkişafına daima dəstək verməsindən və bunun nəticəsi olaraq hazırda respublikanın regionlarından yüzlərlə sağlamlıq imkanları məhdud uşaq səkkiz idman növündə bu hərəkata qoşulduqlarından danışıb.

E.Karvardin beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində uşaq paralimpiya hərəkatının yaradılması sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmalarına, eyni zamanda onların reabilitasiyasına güclü təkan verdiyini bildirib.

O, bundan sonra da bu hərəkata dəstək verəcəklərini qeyd edib.

Görüşdə Uşaq paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə növbəti beş il müddətinə UNİCEF-in Azərbaycan nümayəndəliyi və Milli Paralimpiya Komitəsi arasında Memorandumun imzalanması və bu məqsədlə işçi qrupunun yaradılması qərara alınıb.

Qeyd edək ki, 2013-cü ilin sentyabr ayında beynəlxalq təcrübədə ilk dəfə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb və ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişaf etdirilməsi məqsədi ilə həmin ilin oktyabr ayında UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə Milli Paralimpiya Komitəsi arasında anlaşma Memorandumu imzalanıb.

 UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq/


 UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq/


 UNICEF-in Azərbaycan nümayəndəliyi və Milli Paraliimpiya Komitəsi arasında yeni Memorandum imzalanacaq/




İnform.az

Baxış sayı: 32