Sosial
11.01.2019 / 13:00

Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeniyaşayış kompleksində/ FOTO

Yeni ilin ilk  “Kütləvi çıxarış” kampaniyası yeniyaşayış kompleksində/
Əmlak Məsələləri Dövlət Komitəsi rahatlıq və məmnuniyyəti təmin edərək daşınmaz əmlakların ünvanlarda qeydiyyata alınmasını davam etdirir.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, səyyar aksiyalar ilə göstərilən xidmətlər bölgələrdəki daşınmaz əmlaklar ilə yanaşı, şəhər və rayonlar üzrəçoxmərtəbəli binaları da əhatə etməkdədir. Növbəti“Kütləvi çıxarış” kampaniyası 11 yanvar tarixində Abşeron rayonunda keçirilib.

Belə ki, bu ilin ilk səyyar qeydiyyat kampaniyası Xırdalan şəhərində yerləşən 11binadan ibarətyaşayış kompleksinin 195 mənzilli4 binasını əhatə etdi.Sosialaksiya nəticəsində 80-ə yaxın mənzil sahibinə əmlaklarına dair çıxarışlar təqdim olunub.

50-ə yaxın vətəndaş mənzilinin dövlət qeydiyyatına alınması üçün ilkin sənədlərini komitənin mobil ofisinə təqdim etdi.Kampaniya çərçivəsində tək girişli, 15 mərtəbəli yaşayış kompleksi üzrə100-ə yaxın sakinə hüquqi xidmətlər göstərildi, eləcə də vətəndaşlar üçün qeydiyyat prosedurları barədə ictimai məlumatlandırma aparılıb.

Lazımi sənədlər, dövlət rüsumu və xidmət haqları ilə bağlı suallar komitə əməkdaşları tərəfindən cavablandırılıb.

Mənzillərin qeydiyyata alınması prosesini sürətləndirmək məqsədilə yeni tikilən çoxmərtəbəli binalardabelə kampaniyaların keçirilməsi çox əhəmiyyətlidir.

Nəticədə ölkə üzrə dövlət qeydiyyatına alınanəmlakların sayı artır, çıxarışlı mənzillərin iqtisadi münasibətlərəcəlb edilməsivə daha güvənli istifadəsi təmin olunur. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarının kütləvi qeydiyyat prosesi ölkədə mənzil bazarının aktivliyinə müsbət təsir göstərir.

Belə kampaniyaların ünvanlarda, iş yerlərində keçirilməsi hər bir vətəndaşın əlçatan xidmətlərdən faydalanmasına şərait yaradır. Xidmətin ünvanlarda təqdim olunması ilə insanlar gündəlik məişət və işgüzar fəaliyyətdən uzaqlaşmadan çıxarışla təmin olunur.

Ötən il reallaşan 22 “Kütləvi çıxarış” kampaniyası ölkə üzrə müxtəlif şəhər və rayonları əhatə edib. Bunlardan 8-i çoxmərtəbəli yaşayış binalarında, 14-ü isə kənd və qəsəbələrdə, o cümlədən iş yerlərində keçirilib.

Qeyd edək ki, bu aksiya ilə yanaşı, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası növbəti həftədən davam etdiriləcək.

Yeni ilin ilk  “Kütləvi çıxarış” kampaniyası yeniyaşayış kompleksində/


Yeni ilin ilk  “Kütləvi çıxarış” kampaniyası yeniyaşayış kompleksində/


Yeni ilin ilk  “Kütləvi çıxarış” kampaniyası yeniyaşayış kompleksində/





İnform.az

Baxış sayı: 27