Baş xəbər, Sosial
11.01.2019 / 12:10

Bakı-Ələt istiqamətində hərkətdə olarkən diqqətli olun!

Bakı-Ələt istiqamətində hərkətdə olarkən diqqətli olun!Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində qəzalar zamanı yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri, həmçinin üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, sürücülərdən yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




İnform.az

Baxış sayı: 32