Hüquq
11.01.2019 / 11:45

Gömrükçülər güclü təsir edən maddə aşkarlayıblar

Gömrükçülər güclü təsir edən maddə aşkarlayıblarRusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə,Yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində "PGN 300" yazısı olan 11 kapsul "Lyrica (preqabalin)" dərman pereparatı aşkar olunub.

Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.




İnform.az


Baxış sayı: 31