Hüquq
11.01.2019 / 11:30

Maşın oğruları saxlanıldılar

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Xətai RPİ-nin 34-cü Polis Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən parfümeriya, 3 ədəd noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.




İnform.az



Baxış sayı: 30