Baş xəbər, İdman
11.01.2019 / 11:10

Para-cüdo üzrə Qran-Prinin medalları təsdiq olundu FOTO

Para-cüdo üzrə Qran-Prinin medalları təsdiq olundu
Bildiyiniz kimi 13-14 may 2019-cu il tarixlərində Bakıda İBSA para-cüdo üzrə Beynəlxalq Qran-Pri yarışı keçiriləcək.

ARMPK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, şəhərimizdə ilk dəfə keçiriləcək bu mötəbər yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.

Yarış XVI Tokio Yay Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır. Turnirdə kişilər 60 -66-73-81-90-100 və 100+ çəki dərəcələrində, qadınlar isə 48-52-57-63-70 və 70+ çəki dərəcələrində mübarizə aparacaqlar.

Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiq olunmuşdur.Qran-Pridə iştirak edəcək milli komandamızın tərkibi fevral ayında keçiriləcək respublika çempionatının nəticələrinə görə təyin olunacaq.

Para-cüdo üzrə Qran-Prinin medalları təsdiq olundu


Para-cüdo üzrə Qran-Prinin medalları təsdiq olundu




İnform.az

Baxış sayı: 33