İqtisadiyyat
11.01.2019 / 10:25

“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək

“Region Gənclərinin I Sahibkarlıq Forumu”  keçiriləcəkAzərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “OdlarYurdu” Gənclər Ictimai Birliyinin təşkilatçılığı ilə respublikada ilk dəfə“Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçiriləcək.

Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onlarınin investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

Bu barədə İnform.az-a “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihənin ilkin hazırlıq mərhələsinin uğurla yekunlaşdığını bildirərək, haqqında geniş məlumat verib: “Bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir.
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmine dilməsi Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhz gənclər arasında sahibkarlığın inkişafına həsr olunub.

”OdlarYurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq. Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhz sahibkarlıq fəaliyyətidir. İcra edəcəyimiz layihə gənclərin,xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub.Layihə çərçivəsində həyata keçiriləcək “Brave Heart”-Region Gənclərinin 1-ci Sahibkarlıq Forumu”nda gənclər peşəkar təlimçilərin təlimlərində öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə yiyələnəcək. Uğurlu gənc sahibkarlarla tanış olacaq, onların gələcək əməkdaşlığına zəmin yaradılacaq. Uğur hekayələrini dinləyib, onları narahat edən suallara cavab tapacaqlar. Forum zamanı gənclər mövcud biznes ideyasının dinlənilməsi, təhlil olunması və düzgün istiqamətləndirilməsi ilə yanaşı mövcud investisiya imkanları haqqında da məlumatlandırılacaqlar.”

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsi çərçivəsində qalib olub.

1 dekabr 2018 -1 mart 2019-cu il tarixlərini əhatə edir. Layihə çərçivəsində həyata keçiriləcək forum isə 15-16 fevral 2019-cu il tarixində Gəncə şəhərində baş tutacaq. Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSe_4qdOYFbjP9t41Z-de3fypmXiofE-nYvI-_mMtpRmOXbSBA/viewform



İnform.az

Baxış sayı: 58