Elm-təhsil
09.01.2019 / 17:40

ATMU-da 2018/2019- cu tədris ilinin qış imtahan sessiyası başlayıb/ FOTO

ATMU-da  2018/2019- cu tədris ilinin qış imtahan sessiyası başlayıb/
Azərbaycan Turizm və Menecment Universitetində 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası başlayıb.

Rektor İlham Mədətov dekanlar, müəllimlər,tütorlarlarvə nəzarətçilərlə görüşündə imtahanların şəffaf keçiriləcəyini, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağınıbildirib.Ali təhsil müəssisəsində imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərinmüraciətlərinin qəbulu, o cümlədən araşdırılması məqsədiləqərargah, onun nəzdində“Qaynar xətt”in yaradıldığını diqqətəçatdırıb.

ATMU-dan verilən məlumatda bidirilir ki,akademik təqvimə müvafiq “Turizm və qonaqpərvərlik” fakültəsində bakalavr təhsili üzrə ümumilikdə 164 imtahan-131 yazılı, 26 təqdimat, İnformatika fənnindən 7 imtahan isə yazılı-təqdimat, magistr təhsili üzrə 74 imtahandan 53-ü yazılı, 20-i təqdimat, “Biznes idarəçiliyi” fakültəsində bakalavr təhsili üzrə 168 imtahandan 108-i yazıllı, 61-i təqdimat, magistr təhsili üzrə 51 imtahandan 15-i yazılı, 36-ı təqdimat , “Xidmət mühəndisliyi” fakültəsində bakalavr təhsili pilləsində140, magistr təhsili üzrə 88 imtahan yazılı olacaq. Dekanlıqlar tərəfindən fənn və qruplara görə “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib.

Azəbaycan Turizm və Menecment Universitetində 1688 nəfər bakalavr və magistrantın iştirak etdiyi qış semestr imtahanları fevral ayının 2-nə kimi davam edəcək.Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə apellyasiya komissiyasıfəaliyyət göstərəcək. Qeyd edilən dövrdə valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı”günü keçiriləcək.

ATMU-da  2018/2019- cu tədris ilinin qış imtahan sessiyası başlayıb/


ATMU-da  2018/2019- cu tədris ilinin qış imtahan sessiyası başlayıb/




İnform.az




Baxış sayı: 81