Hərbi
09.01.2019 / 14:30

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilib

Əsgər kitabxanalarına bədii ədəbiyyat təqdim edilibHərbi hissələrdən birində əsgər kitabxanalarına bədii ədəbiyyat kitabları təqdim edilib.

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, MətbuatAksiya çərçivəsində ictimaiyyət nümayəndələrinin şəxsi heyətlə görüşü keçirilib

Çıxış edənlər hərbi qulluqçuların asudə vaxtının təşkilində, onların dünyagörüşünün genişlənməsində və mənəvi-psixoloji vəziyyətlərinin daha da yaxşılaşdırılmasında böyük rolu olan bədii ədəbiyyat nümunələrinin hərbi hissələrin kitabxanalarına verilməsini yüksək qiymətləndiriblər.

Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hərbi hissələrin müasir standartlara cavab verməsi, eləcə də şəxsi heyətin yaşayış və məişət şəraitinin yaxşılaşdırılmasını ölkə ictimaiyyəti tərəfindən fəxr hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Kitablar əsgər kitabxanasına təqdim edildikdən sonra qonaqlar hərbi qulluqçuların xidməti və məişət şəraiti ilə tanış olub, əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar ediblər.



İnform.az

Baxış sayı: 32