Hərbi
09.01.2019 / 14:15

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib/ FOTO

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib/
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə Müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib/



İnform.az

Baxış sayı: 39