Hüquq
09.01.2019 / 12:20

DİN-nin Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı MƏLUMATI

DİN-nin Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı Daxili İşlər Nazirliyi Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 37