Baş xəbər, Elm-təhsil
09.01.2019 / 12:10

"Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi?- Kamal Abdulla

"Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi?-Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla ali təhsil müəssisəsinin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədikləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İnform.az "Report"-un xəbərinə istinadən bildirir ki, o, mətbuat konfransında bu gün ADU-nun məzunlarının ən yüksək dövlət qurumlarında çalışan insanlar olduğunu bildirib.

O xatırladıb ki, burada rektor vəzifəsində il yarım müddətində işləyir: "Bu müddətdə də tələbələri savadlaşdıra bilmərəm. İstəsəm də bunu edə bilmərəm. 4 ilin tələbələrinin xarici dil bilməmələrinə gəlincə, həmin tələbələrin savadsız olmasına dekan və müəllim məsuldur. Çünki onlar çoxdan işləyir və belə çıxır ki, ancaq özlərini ittiham edirlər".

K.Abdulla qeyd edib ki, bütün iddiaların hamısı böhtandır: "Həmin şəxs niyə bu iddianı əvvəl səsləndirmirdi? Hansı ki töhmət aldıqdan sonra bu çıxışları edir. Onları məhkəməyə mən vermək istəmirəm. Gözləyirəm ki, onlar bizi məhkəməyə versin və mən əks iddia ilə çıxış edim. Görüm ondan sonra nə deyəcəklər. Həmin dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verilib. Tələbələri təhdid edən və mitinqə, iğtişaş çağıran müəllim Pərvin Mürsəlova isə imtahanlardan kənarlaşdırılıb. Çünki həmin müəllim tələbəni təhdid edib və səs yazısı da var".

Kamal Abdulla eyni zamanda, bura rektor təyin olunandan sonra hansısa qohum-qardaş gətirməsi məsələsinə də aydınlıq gətirib: "Burada yalnız Azad Məmmədov adında qohumum çalışır, hansı ki, o, tanınmış dilçi alimdir və məndən əvvəl burada işləyib. İkinci hansısa qohumumun burada işləməsini kimsə deyə bilməz. Burada 17 il işləmişəm. Dostlarım və tanışlarımın olması normaldır. Bu kimi yalnış fikirlər cəmiyyəti, ziyalı insanları çaşdırmaqdan başqa məqsəd güdmür".

O, həmçinin universitetdə əvvəllər Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləyən və işlərində ciddi nöqsanlar buraxan Elmira Baxşəliyevanın səsləndirdiyi fikirlərə də münasibət bildirib.

O qeyd edib ki, hazırda iş məhkəmədədir: "Onun haqsız olaraq vəzifəsindən kənarlaşdırılması iddiaları əsassızdır. Çünki o, bir şöbədən başqasına keçirilib. Yəni işdən çıxarılmayıb. Buna səbəb də var. Çünki o, işində ciddi nöqsanlar buraxmışdı. Onun sahəsinə aid lobarantları 3 dəfə məzuniyyətə buraxmışdı. Lobarant üçün bu necə ola bilər?! Bu, birbaşa saxtakarlıqdır. Komisiyasının qərarı ilə müəyyən oldu ki, onun həm yaş məhdudiyyəti var, həm də ali savadı yoxdur. Onun ancaq hansısa masaj kursu bitirməsi ilə bağlı sənədi var. O, ancaq lobarantların sənədinə baxırmış və qol çəkilən sənəddə maaşın miqdarını da yazmayıb".



İnform.az

Baxış sayı: 256