İdman
09.01.2019 / 11:50

Qurbanov və Bordin neçəncidirlər?- Yeni ilin ilk reytinqi

 Qurbanov və Bordin neçəncidirlər?-
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi 2019-cu ilin ilk siyahısında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 465-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 6 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 962-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis 1 pillə geri düşüb.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "River Pleyt”in baş məşqçisi Marselo Qallardo qərarlaşıb. "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone isə 3-cüdür.




İnform.az

Baxış sayı: 49