Elm-təhsil
09.01.2019 / 11:00

UNEC-100” İnkişaf Strategiyası: missiya, gələcəyə baxış, əsas dəyərlər

UNEC-100” İnkişaf Strategiyası: Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) strateji hədəflərinə doğru inamla irəliləyir.

2030-cu ilə qədər fəaliyyət istiqamətlərivə uğur modelini özündə əks etdirən "UNEC-100"İnkişaf Strategiyasında UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, strategiyaya əsasən, UNEC-inmissiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir.

Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin gələcəyə baxışı isə 100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir.

UNEC akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyətmənafeyini düşünməyi və ekologiyaya həssaslığı əsas dəyərləri kimi müəyyən edib.



İnform.az

Baxış sayı: 42