Elm-təhsil
09.01.2019 / 10:35

İlin ən gənc startap layihəsi BANM-in tələbələrinin layihəsi oldu

İlin ən gənc startap layihəsi  BANM-in tələbələrinin layihəsi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr edilən tədbirdə iştirak ediblər.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə Ali Məktəbin tələbələrinin müəllifi olduqları məşhur “ThermoNorth” layihəsi “İlin ən gənc startup layihə"si elan edilib.

Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-ın V kurs tələbəsi Elmar Əsgərzadə İqtisadiyyat Naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub.

Qeyd edək ki, BANM-ın tələbələrinin müəllifləri olduqları “ThermoNorth” layihəsinin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.



İnform.az



Baxış sayı: 33