Din, Elm-təhsil
09.01.2019 / 10:20

Aİİ-də “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”mövzusunda seminar keçirilib/ FOTO

Aİİ-də “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”mövzusunda seminar keçirilib/
Aİİ-də “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru– Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar təşkil olunub.

İnstitutun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını bildirib.

A.Şirinov “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən seminarların təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd

edib ki, bu tipli seminarlardatələbələrin aktiv iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.

Tələbə heyətinin iştirak etdiyi seminarda Aİİ-nin birinci kurs tələbəsi İsgəndər İsgəndərov “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda məruzə ilə çıxış edib.

İ. İsgəndərov Məhəmməd Peyğəmbərin təvazökar və sadə olduğunu qeyd edib.O bildirib ki, Məhəmməd Peyğəmbər ömrünün 23 ilini insanlara İslamın əsaslarını çatdırmağa, islam əxlaqının təbliğinəhəsr edib.O qeyd edib ki, peyğəmbərə məhəbbətbəşəriyyətə – canlı və cansız bütün varlıqlara sevgi ilə yanaşmaqdan başlayır.

Seminarda qeyd edilib ki, Məhəmməd Peyğəmbərin həyatıkamilliyinən gözəl nümunəsi olub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-də “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”mövzusunda seminar keçirilib/


Aİİ-də “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət”mövzusunda seminar keçirilib/




İnform.az




Baxış sayı: 32