Elm-təhsil
09.01.2019 / 10:10

ADPU-da doktoranturaya və dissertanturaya qəbul başlayıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul başlayıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan” qəzetinin 4 dekabr 2018-ci il tarixli 273 nömrəsində elan dərc edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə,Elana əsasən müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 6 dekabr 2018-ci il tarixli 3/173 nömrəli əmri ilə Sənəd Qəbulu Komissiyası yaradılıb.

7-25 dekabr 2018-ci il tarixlərdə ADPU-da sənəd qəbulu keçirilmişdir. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim etmişdir: 33 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya.

7 yanvar 2019-cu il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlayıb.



İnform.az

Baxış sayı: 34