Baş xəbər, Dünya
09.01.2019 / 01:15

ABŞ-dan Avropaya dəstək: İrana qarşı həmlə...

ABŞ-dan Avropaya dəstək:ABŞ Avropa İttifaqının İran kəşfiyyatına qarşı sanksiyalarını dəstəkləyir.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter mikrobloqunda paylaşım edib.

“İran və Hizbullah Avropanı 1979-cu ildə terrorizmin cənginə atdılar. Bu gün Avropa İrana korrekt mesaj verərək terrorizmin qəbuledilməz olduğunu bildirdi. ABŞ bu sanksiya qərarını dəstəkləyir, avropalı müttəfiqləri ilə birgə çıxış edir və ümumi təhlükəyə qarşı mübarizə aparır”, - deyə Pompeo qeyd edib.

Xatırladaq ki, Avropa Birliyi İran kəşfiyyat xidmətinə qarşı sanksiyaları qanuniləşdirməyə razılıq verib.




İnform.az

Baxış sayı: 72