Mədəniyyət
09.01.2019 / 01:30

"Turkish Chamber Orchestra" Parisdə konsert verib

"Turkish Chamber Orchestra" Parisdə konsert verib
"Turkish Chamber Orchestra" Fransanın paytaxtı Parisdə konsert proqramı ilə çıxış edib.

İnform.az trt.net.tr-ə istinadən bildirir ki, Türkiyə Prezident Aparatının himayəsilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığında Betin Günəşin dirijorluğu ilə "Turkish Chamber Orchestra" “Körpü və o yana” adlı konsert proqramını Parisdə keçirib.

Yunus Emre İnstitutunun Paris müdiri Əhməd Bakcanın ev sahibliyində keçirilən konsert proqramında Paris səfiri İsmayıl Haqqı Musa və çox sayda Türk və xarici dəvətli iştirak edib.

Orkestra saz sənətçisi Əhmət Koçun müşayiət etdiyi konsert proqramında Mosart, Dmitri Shostakovich, Aşıq Veysəl, Aşıq Mahsuni Şərif və Chris Rea kimi sənətçilərin əsərləri səsləndirilib.

Şərq ilə Qərbin musiqinin harmoniyası olan konsert proqramına izləyənlərin böyük rəğbətini qazanıb.



İnform.az




Baxış sayı: 44