Dünya
09.01.2019 / 02:00

İlin əvvəlindən Ukraynada 2 mindən çox insan qızılcaya tutulub

İlin əvvəlindən Ukraynada 2 mindən çox insan qızılcaya tutulub
Yanvarın əvvəlindən Ukraynada 2305 nəfər qızılca xəstəliyinə tutulub.

Onlardan 966-sı böyük, 1339-u isə uşaqdır. Uşaqlardan biri qızılcadan həyatını itirib.

İnform.az
AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qızılcanın yayıldığı bölgələrdə xəstəliyə qarşı vaksinasiya işi olduqca zəifdir.

Qeyd edək ki, 2018-ci ildə 54 min 481 nəfər qızılca xəstəliyinə tutulmuşdu.

Bunlardan 20 min 204 nəfəri böyük, 34 min 277-si isə uşaqdır.

Ötən il qızılca xəstəliyi səbəbindən 16 nəfər həyatını itirib.



İnform.az

Baxış sayı: 47