Baş xəbər, Mədəniyyət
08.01.2019 / 17:00

Səfir Rəşad Məmmədov Azərbaycan kinosu haqqında "El ARNA"-ya danışıb/ VİDEO

Səfir Rəşad Məmmədov Azərbaycan kinosu haqqında "El ARNA"-ya danışıb/

Xəbər verdyimiz kimi yanvarın 7-dən Qazaxıstanın "EL ARNA" telekanalında Azərbaycan kinosu həftəsinə start verilib.

(http://inform.az/index.php?newsid=37636)

İnform.az elarna.kz.ru-ya istinadən xəbər verir ki, bu əlamətdar gün münasibətilə Azərbaycanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov "EL ARNA" kanalına müsahibə verib.

Səfir ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına böyük qayğı göstərdiyini , 1976-cı ildə milli kinomuzun 60 illik yubileyi ilə əlaqədar, eləcə də ayrı-ayrı dövrlərdə “Azərbaycanfilm”in texniki bazasının möhkəmləndirilməsi, kinostudiya üçün yeni avadanlığın alınması üçün vəsait ayrılmasını təmin etdiyini vurğulayıb.

Səfir həmçinin çıxışında Azərbaycan kinosunun insanın milli-mənəvi düşüncəsinə göstərdiyi müsbət təsirdən, kino sənətində üstünlük verdiyi janrlardan, eləcə də gənc nəslin milli düşüncəsinin fomalaşmasında, onlarda milli mədəniyyətə sevginin aşılanmasında bu filmlərin əvəzsiz rolundan söhbət açıb.

Həmin müsahibəni təqdim edirik:





İnform.az

Baxış sayı: 165