Baş xəbər, Mədəniyyət
07.01.2019 / 18:15

Azərbaycan kinosu Qazaxıstan kinosevərlərinin qonağı olacaq

Azərbaycan kinosu Qazaxıstan kinosevərlərinin qonağı olacaqYanvarın 7-də Qazaxıstanın məşhur "El ARNA" telekanalında Azərbaycan kinosu həftəsi başlayır.

İnform.az 24.kz.ru.news-a istinadən xəbər verir ki, Azərbaycan filmin "Qızıl fond"unda saxlanılan filmlər Qazaxıstan tamaşaçısına doğma qazax dilində təqdim olunacaq.

Kino həftəsinə məşhur musiqili kino komediya "Arşın mal alan" filmi ilə start veriləcək.

Filmin təqdimatından öncə, Azərbaycan REspublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşa Məmmədov Azərbaycan kinosu və Azərbaycan kino sənətinin korifey sənətkarkarı haqqında qazax tamaşaçısına məlumat verəcək.

Azərbaycan filmləri hər gün saat 18.00-da qazax tamaşaçılarının qonağı olacaq.


İnform.az

Baxış sayı: 229