Baş xəbər, Sosial
08.01.2019 / 14:20

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ- Bu yolda rənglənmə işləri aparılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ-Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcürstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər yanvarın 9-dan 15-nə kimi davam etdiriləcək .

Bu barədə İnform.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.



İnform.az

Baxış sayı: 133