Dünya
08.01.2019 / 12:45

Hakerlər Avropa İttifaqında daxili yazışmaları illər boyu izləyiblər

Hakerlər Avropa İttifaqında daxili yazışmaları illər boyu izləyiblər“Area 1” kibertəhlükəsizlik agentliyinin verdiyi məlumata görə, hakerlər Avropa İttifaqında (Aİ) daxili yazışmaları uzun illər boyu izləyiblər.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, ələ keçirilmiş diplomatik yazışmalarda Tramp, İran və “Qazprom”un boru kəmərləri layihələri ilə bağlı narahatlıqlar öz əksini tapıb. Ehtimala görə, hakerlər Aİ-nin məlumat bazasına Kiprin elektron şəbəkəsi vasitəsilə müdaxilə ediblər. Agentlikdə belə hesab edirlər ki, bu əməliyyatda Çin hərbçilərinin dəst-xətti görünür, lakin bu şübhələrin nəyə əsaslanması acıqlanmır.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis deyib: “Əlbəttə, biz Aİ-nin rabitə sistemlərinin hakerlər tərəfindən dağıldılması barədə ehtimal olunan məlumatlara ciddi yanaşırıq, lakin məlumat sızmasını şərh edə bilmərik. Hələlik yalnız bu məlumdur ki, Avropa İttifaqının üzü olan heç bir ölkə bu cür hücumlardan sığortalanmayıb. Bütün telekommunikasiya sistemlərinin zəif yerləri var.

Biz belə təhdidlərə cavab vermək üçün öz rabitə sistemlərimizi daim modernləşdirmək yolu ilə bu problemi həll edirik”.


İnform.az

Baxış sayı: 33