Baş xəbər, Mədəniyyət
08.01.2019 / 11:00

Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/ FOTO

Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Turan" və "Toxunuş" kolleksiyaları İstanbulda AFWEU-nun təşkil etdiyi "Fashion Week Istanbul" adlı moda həftəsinin qonaqlarını və iştirakçılarını valeh edib.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, tanınmış dizaynerin rəngarəng dəfiləsi layihənin iştirakçıları tərəfindən təşəkkür məktubu ilə qiymətləndirilib.

AFWEU-nun təşkil etdiyi 2 günlük "Fashion Week Istanbul"da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 16 məşhur dizaynerin kolleksiyaları da sərgilənib. Onların arasında Raf Sərdarov, Aydarxan Kaliyev, Erol Albarak və Raşna Muce də olub.


UNICEF-in rəsmi tərəfdaşı olan "Africa Fashion Week Europe/Asia Fashion Week Europe" (AFWEU, prezident - Aydın Acık) "Turkish Heart Foundation" ilə əməkdaşlıq edir.

Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.

Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/


Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/


Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/


Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/


Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/


Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/


Gülnarə Xəlilovanın rəngarəng kolleksiyaları İstanbulda/




İnform.az

Baxış sayı: 89