Gündəm, Hüquq
08.01.2019 / 10:45

Qanunsuz ov edən şəxslər saxlanılıblar- Saatlıda

Qanunsuz ov edən şəxslər saxlanılıblar-Yanvarın 7-də qanunsuz ov etdiklərinə görə beş nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə, araşdırmalarla onların Fizuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib. Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az


Baxış sayı: 35