Hərbi
07.01.2019 / 18:00

125 mm-lik top mərmisi (BM-11) aşkar olunub- Ağstafada

 125 mm-lik top mərmisi (BM-11) aşkar olunub-2019-cu il 07 Yanvar tarixində saat 11:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Qırılı kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Bu barədə İnform.az-a ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınmışdır.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd (tərkibində heç bir partladıcı maddə olmayan) 125 mm-lik top mərmisi (BM-11) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 350 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 07 yanvar 2019-cu il tarixlərində 6 siqnal (əməliyyat çağırışı) əsasında 4 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Göygöl, Tovuz rayonları və Lənkəran şəhəri ərazisində 1 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilmiş, 1 090 kv.m ərazi yerüstü yoxlanılıb.





İnform.az

Baxış sayı: 278