Sosial
07.01.2019 / 16:15

Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib

Ötən il 12 minədək vətəndaşa reabilitasiya xidmətləri göstərilib
Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 35351 reabilitasiya vasitəsi verilib.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 12 minədək əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, 9094 nəfərinə stasionar, qalanlarına isə ambulator xidmətlər göstərilib. Onların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları tətbiq edilərək kompleks bərpa-müalicə işləri aparılıb.

Ötən il 9284 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaqisə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin ediliblər.

Onlara əlil arabaları, eşitmə aparatları və protez-ortopedik məmulatlardan ibarət olmaqla ümumilikdə 35351 reabilitasiya vasitəsi verilib.

Mərkəz tərəfindən 597 nəfərə protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının azaldılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri də göstərilib.



İnform.az

Baxış sayı: 107