Baş xəbər, Hərbi
07.01.2019 / 15:35

Dövlət Sərhəd Xidmətinin MƏLUMATI

Dövlət Sərhəd XidmətininQazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

DSX-nin Mətbuat mərkəzindən İnform.az-a verilən məlumata görə, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlı-ğındakı sərhəd döyüş məntəqəsinə doğru7,62 mm çaplı “SVD” snay-per silahından açılmışatəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyərək, kabinəsinin sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Dövlət Sərhəd Xidmətinin


Dövlət Sərhəd Xidmətinin



İnform.az

Baxış sayı: 278