Şərhlər
07.01.2019 / 15:00

Heç olmasa doğru danışa bilək...

Heç olmasa doğru danışa bilək...Nəriman Qasımoğlunun facebook səhifəsindən:

Bir tənqidçimin statusuna baxın:

“Nəriman Qasımzadə rəkid eləyir ki, məs.gələn Əhməddir deyilsin,eləcə də yazılsın,əks halda o insan savadsızdı.Təbii ki, Nəriman müəllim yüksək intellekt adsmıdı,mənim də ona hörmətim var AMA CANNI DANIŞIQDA GƏLƏN ƏHMƏDDİ DEYİLİR,ƏKS TƏQDİRDƏ GÜLÜŞ OBYEKTİ OLA BİLƏR,DİLİ KİTABLARDAN ÖYRƏNƏNNƏR "R"-YNAN DANIŞIR.
ELƏCƏ DƏ CƏNDƏN,MƏNDƏN TƏLƏFFÜZÜ ÇOX QÜSURRUDU.BELƏCƏ PƏLTƏK BİR DİL FORMALAŞIR,EFİRDƏ,DANIŞIQDA AZ QALA UŞAQQ,YARPAQQQQQ TƏLƏFÜZ ELƏYƏNNƏR MEYDAN SULAYIR,DANIŞIQ DİLİMİZ TƏRAVƏTİNİ İTİRİR,MƏN SƏNNƏN,MƏNNƏN YAZIRAM Kİ,HEÇ OLMASA DOĞRU DANIŞA BİLƏK.
ÇOX YAZMAĞA HƏVƏSSİZƏM.DİL AXAR SU KİMİDİ,AXS-AXA DURULUR.
Xalq necə danışmağı yaxşı bilir.Dilin başına oyun açmaq,tez-tez qaydalar tətbiq eləmək işsizlik əlamətinə oxşamırmı?”

4-5 cümlədə 10-15 orfoqrafiya xətası… Üstündən keçmək də olardı, bacarmadım, çünki qeydlərin müəllifi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində, yəni AZTV dediyimizdə redaktor vəzifəsindədir. Və yazını bəyənən şərhçilər arasında az-çox tanınan bir-iki imza da var ki, bunlara savadsız deməyə dilim dönmür.

Mövqeləri mənə, sözün açığı, tam aydın deyil. Yuxarıdakı tənqidi qeydləri bəyənmələrindən indilikdə belə anladım ki, ədəbi dilimizin ləhcələrə parçalanması tərəfdarıdırlar, çünki “xalq necə danışmağı yaxşı bilir”.

Əslində, təlqin etdikləri odur ki, xalqa ədəbi dil lazım deyil, yəni millət olmaq lazım deyil. Başqa bir dəhşətli məqam isə orfoqrafiyada xaos yaratmaq cəhdi və belə bir iddianın aşkar elanıdır.

Demə, müəllif “səndən”, “məndən” əvəzinə “sənnən”, “mənnən”i də ona görə yazır ki, “heç olmasa doğru danışa bilək”.

Daha sözüm yoxdur, susuram…



İnform.az

Baxış sayı: 232