Diaspora Akademiyası
07.01.2019 / 13:15

Stavropolda avtoqəzada yaralanan azərbaycanlıların kimlikləri məlum olub

Stavropolda avtoqəzada yaralanan azərbaycanlıların kimlikləri məlum olubRusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi, hadisənin təfərrüatı və yaralıların vəziyyətləri ilə bağlı detallar məlum olub.

İnform.az-ın xəbərinə görə, "Report”un Rusiya bürosuna açıqlamasında Stavropolda “Araz” Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalov bildirib ki, hadisə yanvarın 6-da yerli vaxtla saat 12:00 radələrində Levakumsk şəhəri yaxınlığında Kaçubey – Minvod yolunda baş verib.

Bakı-Moskva marşurutu ilə hərəkət edən mikroavtobus idarəetməni itirib, ağaca dəyərək aşıb. Hadisə zamanı avtomobildə 12 nəfər Azərbaycan vətəndaşı olub.

Onlardan 4 nəfər ağır yaralandığı üçün Budyenovsk şəhər xəstəxanasına yerləşdiriliblər. Bunlar Azərbaycan vətəndaşları sürücü 1979-cu il təvəllüdlü Musayev Vüqar Zahir oğlu, sərnişinlər 1984-cü il təvəllüdlü Məmmədov Mikayıl Bilal oğlu, Mustafayev Musa Bəhrəm oğlu və Mustafayev Eldar Musa oğludur.

Yerdə qalanlardan 4 nəfər Moskvaya göndərilib, 3 nəfər Levakumsk şəhərində diaspor tərəfindən otelə yerləşdirilib, 1 nəfər isə Azərbaycana göndərilib.

T. Zeynalov bildirib ki, hadisə baş verən kimi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məsələyə həssaslıqla yanaşıb, hadisə ilə yaxından maraqlanıb: “Yerli diaspor təşkilatı olaraq hadisədə zərərçəkənlərin yerləşdirilməsi və müalicəsi üçün nə lazımdır edirik”.

O qeyd edib ki, hazırda 4 yaralının vəziyyəti ağırdır, ciddi həkim nəzarətindədirlər. Digər otelə yerləşdirilən sərnişinlərin sənədləri polisdən qaytarılan kimi onlar da vətənə göndəriləcək.


İnform.az

Baxış sayı: 36