Hərbi
07.01.2019 / 13:00

Ermənsitanda heç bir sahədə islahatlar həyata keçirilmir...

Ermənsitanda heç bir sahədə islahatlar həyata keçirilmir...
Ehtiram Aşırlı/Analitik


Ermənistan Müdafiə Nazirliyinin qərarından sonra yüzlərlə əsgər sülhməramlı qüvvələrdən ayrıldı Ermənistanda hökümətin dəyişməsinə baxmayaraq, ölkədə heç bir sahədə islahatlar həyata keçirilmir.

Əksinə hər şey daha da bərbad hal alır. Xüsusilə, ordunun vəziyyəti günü-gündən acınacaqlı hal alır.

Erməni mətbuatında bu yaxınlarda çıxan məqalədə bildirirlir ki, yaxın vaxtlaradək İrəvanda yerləşən Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrinin birində qeyri-sağlam və gərgin atmosfer yaranıb.

Müqaviləli hərbi qulluqçulardan ibarət hərbi birləşmədəki mənbələrimizə əsasən 400-dən çox hərbçi xidmətdən kənarlaşdırılıb və ya belə bir tələb ilə komandirə raport ilə müraciət edib.

Sülhməramlı qüvvə ötən ilin avqust ayından etibarən İrəvandan çıxarılaraq yaxınlıqdakı yaşayış məntəqələrində birində yerləşdirilib. Məlumdur ki, bu hərbi hissədə xidmət edən hərbi qulluqçular əsasən Ararat, Araqoçodni və Armavir vilayətlərinin sakinləridir. Müdafiə Nazirliyinin hərbi hissənin yerini dəyişdirilməsi barədə qərarı hərbçilər arasında ciddi narazılığa səbəb olub.

Hərbi hissənin uzaq bir yerdə yerləşdirilməsi oraya xidmətə gedən hərbçilərin maliyyə xərclərinin artmasına səbəb olub. Çünki hərbi hissənin yeni ərazisinə getmək üçün hərbçilər yalnız taksi və ya şəxsi maşından istifadə etmək məcburiyyətində qalırlar. Xidmətdən ayrılmadan əvvəl, hərbi qulluqçular bu məsələ ilə bağlı hərbi hissənin yeni komandiri, polkovnik Artak Tonoyana da müraciət ediblər.

A.Tonoyan bildirib ki, bu onun problemi deyil. “Köhnə qulluqçuları vəzifədən çıxararaq, yenilərilə əvəz edəcəm və onlarla istədiyim kimi xidmət edəcəm. İndi kimin maşını yoxdur işə gəlməyəcək?” Əslində, hərbi hissənin yerinin dəyişdirilməsi komandir A. Tonoyanın qərarı deyil. Buna baxmayaraq, Artak Tonoyan hərbi qulluqçulara Müdafiə Nazirliyi ilə birgə məsələnin həll yollarını tapmağa çalışdıqlarını dair inandırmağa çalışmır. “Hökumət nə qədər ailənin ac qalacağı ilə maraqlanmır. Evə gedəcəyik və niyə çörək ala bilməyəcəyimizi uşaqlarımıza söyləyəcəyik. Bu sualın cavabının nazir və baş nazir bilir " - deyə hərbçilərdən biri bildirib.

Sülhməramlı qüvvələrin İrəvandan çıxarılması barədə söz-söhbətlər illərdir gəzir. Lakin bu məsələ inqilab baş verəndən və Müdafiə naziri dəyişdikdən sonra reallaşdı. Maraqlı bir fakt ondan ibarətdir ki, hərbi hissədə xidmət hərbçilər “məxməri inqilabı” zamanı xalqla bir yerdə idi.

Hərbi qulluqçuların dəstəyi inqilabi hərəkata çox şey verdi. Köhnə iqtidar, Ermənistanın Respublikaçı partiyası öz tərəfindən sülhməramlı qüvvələri siyasi proseslərə cəlb etməyə cəhd göstərdi.

Fövqəladə vəziyyət elan edildikdən sonra sülhməramlı qüvvələri inqilabçılara qarşı istifadə etmək məqsədilə polis bir neçə dəfə hərbi hissədə olmuşdur. Bu hərbi hissə polisə qarşı çıxaraq inqilaba dəstək verdilər.

Bəzi məlumatlara görə, sülhməramlı hərbi hissənin ərazisinin uzun müddətdir Glendal Hills şirkətinə məxsusdur və Müdafiə Nazirliyi üç aydan bir icarə haqqını ödəyir. Hərbi hissənin oradan çıxarılmasındakı əsas məqsədlərindən biri də bu maliyyə yükündən yaxa qurtarmaqdır.

Eyni zamanda bu hərbi hissədə xidmət edən əsgərlər də əlavə maliyyə xərci idi. Çünki İrəvanda bir mənzil kirayələmək üçün əsgərə hər ay 45 min dram məbləğində vəsait ayrılırdı. Paytaxtdan çıxarıldıqdan sonra, bu məbləğ 18 min dramadək azalıb.

Elə bu da qulluqçuların xidmətdən ayrılmasına əlavə bir motivasiyadır. Qeyd edək ki, sülhməramlı qüvvələr 2016- cı ilin aprel ayında baş verən döyüşlərdə böyük rol oynadılar. Həm döyüşlər vaxtı həm də ondan sonrakı dövrdə hərbçilər Talış istiqamətində düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparıblar. Onların əksəriyyəti peşəkardır, böyük bir döyüş yol keçiblər.

Yeni əsgərlərin belə təcrübəsi yoxdur. Sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandiri Artak Tonoyan hərbi qulluqçularla şəxsi və rəsmi münasibətlərində problemlər yaşayıb. “Artak Tonoyan sülhməramlı bölmənin yaradıcılarından biridir. Hərbi hissənin komandiri Artur Simonyan, Artak Tonoyan ordunun əleyhinə imza toplamaq və məni vəzifədən azad etmək üçün cəhd edib. Heç kim onun tərəfini saxlamayıb və bu cəhdləri uğursuz alınıb. - deyə Artur Simonyan bildirib.

"A. Tonoyan vəzifəyə təyin edildikdən sonra hərbçilərə verilən ayaqqabı, hərbi paltar, qida məhsullarının ümumilikdə bütün təminatın keyfiyyəti aşağı düşüb. Xəstəlik səbəbindən xidmətdən gedənlər də var".

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan forrights.am-ə verdiyi müsahibəsində hərbi hissənin yerinin dəyişdirilməsi barədə xəbəri təsdiqləyib. O, 400 nəfər hərbçinin deyil, təxminən 120 nəfərin hərbi qulluqdan ayrıldığını bildirib.

“Hərbi hissələrin daimi yerləşmə yerlərinin dəyişdirilməsi dövlət sirridir. Tez-tez hərbi hissələrimizi şimalı-şərqdən qərbə doğru hərəkət etdirilir. Ancaq bu döyüş qabiliyyətimizin heç də aşağı səviyyədə olması demək deyil. Xüsusən, sülhməramlı qüvvələrində xidmət cəlbedicidir. Çünki Əfqanıstanda və ya Kosovoda xidmət edən sülhməramlılarımız yüksək məvacib alırlar. Nazirlik nəqliyyat və yaşayış üçün heç bri əlavə təzminat təqdim etməyəcək. Hər bir şey qanun çərçivəsində"-deyə Hovhannisyan bildirib.

Bu hadisə bir sira narahat məsələləri ortaya çıxarır. Hökümət yalnız maliyyə, yəni büdcəyə qənaət etmək haqqında düşünür.

Bu isə təcrübəli hərbi qulluqçulara mənfi təsir görtərərək onların hərbi xidmətdən ayrılmalarına səbəb olur.



İnform.az


Baxış sayı: 264