Siyasət
07.01.2019 / 12:20

Rusiya və Azərbaycan parlamentariləri Moskvada görüşəcəklər

Rusiya və Azərbaycan parlamentariləri Moskvada görüşəcəklərRusiya və Azərbaycan parlamentariləri yaxın zamanlarda Dövlət Dumasında parlament konfransı keçirmək niyyətindədir.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, konfrans zamanı yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə sənədin imzalanması gözlənilir.

Qeyd edək ki, müvafiq komissiyanın yaradılması təşəbbüsü ilə ötən ilin iyununda Bakıya səfəri zamanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin çıxış etmişdi.

Görüşün detalları barədə məlumatlar verilməyib.



İnform.az

Baxış sayı: 39