Şərhlər
07.01.2019 / 11:15

"Gördüm, bildim"deyən olmayacaq...

 "Gördüm, bildim"deyən olmayacaq...Rəna İbrahimovanın fasebook səhifəsindən:

Dolu insanlar var...


Daxili aləmləri dəryadır, dənizdir. Oraya baş vuransa, tapılmaz...

Yolları təhlükə, qorxu dolu...

İçində bir xəzinə bərqərar olar, toxunulması tabu...

Xəzinə əriyən,yox olan,tükənən həyat... O həyatın yükü ağır...

Qaldırılacaq qüvvə vahidi yox,çəkisi yox, şahidi yox...

Kim biləcək,kimlər gəldi,kimlər getdi?

Bilən biləcəkmi kimlər gəldi,kimlər getdi?

Heç inanmıram. Çünki xiridarlar da yox!

Nəyə lazım onda bu xəzinə,kimə lazım?

Bəlkə,dəryanın dibində əlçatmaz olmaqdansa əllərdə olub,göz qarşısında olub bərq vurmaq daha münasıbmiş?

Daha zərin qədrini bilən zərgərlər də yox... Dəryada batıblar...

Zərlər oğru əllərdə qalıblar...

Zərrə-zərrə,qram-qram oğurlanıb, nadanı xəzinədar ediblər...

Özlərini əridərək sümüklərinə, iliklərinə qədər daşlaşıb, bərkiyib mirvariyə dönüblər...

Hər göz yaşlarında inciyə dönüb də qismən cansızlaşıblar-baxışlarında, davranışlarında, tərzlərində...

Düzüm-düzüm kiminsə boynunu oxşasa belə soyuq olaraq isinməz, isitməz qalacaqlar...

Aldıqları yaralardan,qılıncdan zəhərli sözlərdən xəzinəsə dolub daşacaq...Daşıb töküldükcə donacaq...Donduqca ağırlaşacaq...Ağırlaşdıqca daha dərinə çökəcək...

"Gördüm,bildim"deyən olmayacaq...

Nağıla,əfsanə dönəcəklər...



İnform.az

Baxış sayı: 89