Sosial
31.07.2015 / 11:22

"İçərişəhər"in səlahiyyətləri artıb

"İçərişəhər"in səlahiyyətləri artıb

Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nı təsdiqləyib. “Report” xəbər verir ki, sənədi baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Sənəd Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Qayda sənədinə əsasən, daşınmaz mədəni irs nümunələrinin mühafizə zonaları və qoruqların sərhədləri barədə təkliflər Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilir.

Baxış sayı: 332