İdman
07.01.2019 / 02:00

"Qalatasaray"ın hücumçusu ərəb klubuna transfer olunub

"Qalatasaray"ın hücumçusu ərəb klubuna transfer olunub Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Qarri Rodriges Səudiyyə Ərəbistanı "Əl İttihad"ına transfer olub.

İnform.az "Report"un məlumatına istinadən bildirir ki, 29 yaşlı cinah oyunçusu üçün "sarı-qırmızılar"a 10,25 milyon dollar ödənilib. Onunla 4,5 illik müqavilə bağlanılıb.

Klublar arasındakı anlaşmaya əsasən, "Əl İttihad" Rodrigesi gələcəkdə 10 milyon dollardan baha sata bilsə, əlavə vəsaitin 20 faizini "Cim-Bom"a ödəyəcək.

Qeyd edək ki, Qarri Rodriges "Qalatasaray"a 2016-2017 mövsümünün qış fasiləsində transfer olub. O, ötən mövsüm qazanılan 21-ci çempionluqda böyük pay sahibi olub. Kabo Verdeli hücumçu ötən mövsüm 9 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Ümumilikdə isə Rodriges "sarı-qırmızı" forma ilə 78 matçda 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl məlum olub ki, "Qalatasaray"ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək.



İnform.az

Baxış sayı: 50