Diaspora Akademiyası
06.01.2019 / 23:00

"Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur"- Səhiyyə Nazirliyi

"Stavropolda qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur"-
Rusiyanın Stavropol diyarında qəzaya düşən Azərbaycan vətəndaşlarının həyatları üçün təhlükə yoxdur.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin diyar üzrə nümayəndəsi deyib.

"Hal-hazırda xəstəxanada üç böyük və bir uşaq var. Onların müxtəlif sınıqları var, əməliyyata ehtiyyac yoxdur, həyatları üçün bir təhlükə yoxdur", - deyə nümayəndə bildirib.

Qeyd edək ki, bu gün Stavropolda 13 Azərbaycan vətəndaşını daşıyan mikroavtobus qəzaya uğrayıb.



İnform.az

Baxış sayı: 87