Maqazin
04.01.2019 / 14:45

"Böyük şirkətim var idi, müflis oldu" - Ədalət Şükürov

"Böyük şirkətim var idi, müflis oldu" -
"Kompleksim var, nə bayramı, nə də ad gününü keçirirəm".

İnform.az axşam.az-ın məlumatına istinadən bildirir ki, bu sözləri əməkdar artist Ədalət Şükürov "5/5" verilişində deyib. Müğənni yaşadığı çətin günlərdən danışıb:

"Tələbə vaxtında imkanım olmayıb özəl günləri etməyə. Elə vaxtlarım da yadımda pis qalıb. Bayram keçirməyi xoşlamıram, kompleksdir.

1998-ci ili isə heç xatırlamaq istəmirəm. Rusiyada böyük şirkətimiz var idi, müflis oldu. Alüminiumla məşğul olurdum. Eyni zamanda Rusiyada tanınmış nəşriyatımız var idi. Elə bil ki, 100 manatımız var, səhər durdum ki 1 qəpik də yoxumdur".




İnform.az

Baxış sayı: 98