Dünya, Hərbi
04.01.2019 / 14:10

“ABŞ İrana iqtisadi, biz isə hərbi təzyiq göstəririk” - Netanyahu

“ABŞ İrana iqtisadi, biz isə hərbi təzyiq göstəririk” - “Tramp İrana sanksiyalar tətbiq etməklə iqtisadi, İsrail isə hərbi təzyiq göstərir”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

İsrailin bir neçə cəbhədən düşmənlərlə əhatə olunduğunu qeyd edən Baş nazir ölkəyə təhlükə törədən istənilən aktora qarşı qətiyyətli şəkildə mübarizə aparacaqlarını vurğulayıb.



İnform.az

Baxış sayı: 235