Hüquq
03.01.2019 / 10:15

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıbPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Qurbanov Ramil Elyas oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Qurbanova Havayət Hacıdədə qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman başmağın daban hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,390 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.





İnform.az

Baxış sayı: 103