Dünya, Hərbi
04.01.2019 / 12:35

"NATO-nun qarşısında hansı dilemmalar var?"- HƏRBİ EKSPERT

"NATO-nun qarşısında hansı dilemmalar var?"-NATO-nun strateji irəriləyiş baxımından dönüm nöqtəsində olduğu düşünülür, alyans həm üzv, həm də qeyri-üzv ölkələrdən, Türkiyə və Rusiyadan problemlərlə üzləşir. Bundan əlavə, alyansın Əfqanıstan kimi əlavə missiyalarının olması vəziyyəti daha da mürəkkəbləşdirir.

İnform.az
ordu.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Teodor Karasik məlumat verib.

O qeyd edib ki, NATO 30 gün ərzində 2020-ci il üçün Baltikyanı ölkələrini qoruyacaq 30 mexaniki batalyon, 30 hərbi hava eskadriliyası və 30 döyüş gəmisini silahlanmaya daxil edəcək.

NATO-nun dilemmalarından bəziləri hələ Soyuq Müharibə dövründən qalan problemlərdir, məsələn, üzv ölkələrin mədəni və kimlik baxımından fərqli olması, hərbi bacarıqlarındakı fərqlər və s. Digər dilemmalar isə dövrün tələblərinə uyğun olaraq ortaya çıxıb: ənənəvi müharibələrdən müasir müharibələrə keçid, Rusiya təhlükəsinin artması və Rusiyanın Avropadakı siyasi nizamı pozmaq üçün müxtəlif korrupsiyalardan istifadə etməsi. Bundan əlavə, alyans Aİ ilə birlikdə Aralıq dənizindəki miqrant və qaçqın problemlərinə qarşı da mübarizə aparmağa çalışır.

Qeyd edək ki, ötən ay NATO-nun Avropadakı Silahlı Qüvvələrinin başçısı Körtis Skaparotti Rusiya SQ BQ rəisi Valeri Gerasimov və prezident İlham Əliyevlə də görüşüb və Azərbaycanın Avropa və Əfqanıstan arasında mühüm strateji keçid məntəqəsi olduğunu qeyd edib.




İnform.az

Baxış sayı: 262