Sosial
04.01.2019 / 12:00

Yeni il gecəsi Bakı metrosu ilə 2 saata neçə min sərnişin daşıyıb?

Yeni il gecəsi Bakı metrosu ilə 2 saata neçə min sərnişin daşıyıb?""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin qatarları ilə dekabrın 31-dən yanvarın 1-dək adi günlərlə müqayisədə 120 mindən çox sərnişin daşıyıb".

İnform.az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bayram günlərində əvvəlki qeyri-iş günləri ilə müqayisədə sərnişin çoxluğu müşahidə olunub: "Təkcə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 2 saat ərzində 35 min nəfərdən artıq sərnişin daşınıb. Ən çox sərnişin mərkəzə yaxın stansiyalarda, xüsusən də "Sahil"də olub".

B.Məmmədov əlavə edib ki, sərnişin sıxlığı zamanı metro stansiyalarında heç bir hadisə qeydə alınmayıb: "Stansiya əməkdaşları gecə saatlarına qədər gücləndirilmiş iş rejimində çalışıb, sərnişinlərin təhlükəsiz hərəkəti və mənzil başına çatdırılması üçün əlindən gələni edib.

Sərnişinlərin təhlükəsizliyini təmin etmək və onların mənzil başına rahat çatdırılması üçün bütün stansiyalar gecə saat 02:00-a qədər işləyib".

Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 430 minə qədər sərnişin daşınır.



İnform.az

Baxış sayı: 115