Maqazin
04.01.2019 / 11:35

Ebru Gündeş ikinci dəfə ana olacaq

Ebru Gündeş ikinci dəfə ana olacaq
"Söylemezsem Olmaz" verilişinin aparıcısı Bircan Bali açıqlaması ilə gündəm yaradıb.

İnform.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı müğənni Ebru Gündeşin hamilə olduğunu və doğuşun Amerikada keçəcəyini söyləyib.

"Siz deyilənlərə yox, mənə qulaq asın. Ebru Gündeş hamilədir. Yaxın günlərdə ərinin yanına, Amerikaya gedəcək, hətta övladını da orada dünyaya gətirəcək".

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmaq, maliyyə saxtakarlığı, dələduzluq maddələri ilə mühakimə olunmuşdu.

Azadlığa çıxdıqdan sonra ötən ilin yayında Ebru ilə görüşüb.

İddialara görə, hər iki məşhur ikinci uşaq istəyir. Həkimlərlə tez-tez görüşən və müalicə alan müğənni əriylə də bu səbəbdən görüşübmüş.

Xatırladaq ki, cütlüyün bir qızı var.

Onu da bildirək ki, Gündeşin son vaxtlar çəki alması da diqqətdən yayınmayıb. Lakin son müsahibəsində hamiləlik iddialarını yalanlayan sənətçi sadəcə kökəldiyini bildirmişdi.



İnform.az

Baxış sayı: 156