Gündəm, Şərhlər
31.07.2015 / 11:15

Demokritlə Aristotel haqlıdır yoxsa Siseron?

Demokritlə Aristotel haqlıdır yoxsa Siseron?

Əlisa NİCAT / İnform.az


Ağılla erudisiyanı uğurla özündə birləşdirən Xorxe Luis Borxes esselerinin birində “Ümumdünya kitabxanası” Aristotelin Demokritə əsaslanan fikirlərini Siseron tərəfindən rədd edilməsi və hər iki fikir ətrafında cəmlənən başqa mütəfəkkirlərin hə və yox mülahizələrini ortaya qoyur. Demokritin atomizm nəzəriyyəsinə əsaslanaraq Aristotel eyni təbiətli atomların təsadüfi qarşılaşması nəticəsində əlifbanın (söhbət yunan əlifbasından gedir) 24 hərfinin müxtəlif birləşmələriylə hər hansı bir faciə və ya komediyanın yaranması kimi dünyaların da eyni cür mexaniki təsadüf nəticəsində yarandığını iddia edir.
Məşhur Roma filosofu Siseron isə cazibə qüvvəsilə hərəkətə gələn atomların qatmaqarışıq toqquşmalar nəticəsində bizi əhatə edən gözəl dünyanın əmələ gələ biləcəyini qeyri-mümkün sayır. Onun fikrinə görə bu ona oxşayırdı ki, qızıldan tökülmüş çoxlu sayda hərflərin öz-özünə birləşməsi nəticəsində Ennini(qədim yunan şairi) Annalı yarana bilər.
Borxes daha sonralar bu barədə Hakslinin Demokritin haqlı olduğunu müdafiə edən fikrini misal gətirərək qızıl hərflər kifayət qədər uzun müddət atılarsa hər hansı bir latın şeirinin yarana biləcəyini iddia edir və ya meymuna yazı makinası və uzun uzun bir dövr versən o, Britaniya muzeyindəki bütün kitabları yarada bilər.
Ağlımıza Hakslini təkzib edən belə bir fikir gəldi. Meymun həmin kitabları yaratmaq üçün əvvəlcə ingilis dilindəki sözləri hazırlamalıdır. İngilis dilində təxminən bir milyondan çox söz var. İngilis əlifbasının 26 hərfindən 1 milyon sözü quraşdırmaq üçün görəsən yazıq meymuna 1 milyon il kifayət edərmi? Yəqin ki, yox. Hətta bir neçə milyon ilə də meymun 26 hərfdən 1 milyon sözü çətin ki düzəldə bilə.
İndi tutalım meymun aşağıdakı cümləni yazmalıdır: “mən universitetdən çıxıb xəstəxanada yatan dostuma baş çəkmək üçün getdim” - bu cümləni əmələ gətirmək üçün yazıq meymuna neçə milyon il vaxt lazımdır? 1 milyon sözün içindən məhz bu 10 sözü bir yerə yığıb düzmək üçün meymun buna neçə milyon əlləşməlidir?
Əgər bir kitab 10, 100 minlərlə sözdən ibarətdirsə bəs onda necə? Onda meymuna bəlkə lap milyard il də, hətta əbədiyyət də kömək edə bilməz.
Ona görə mən də Siseronun fikirini müdafiə edib mexaniki bir hərəkətlə hər hansı bir şüurlu hadisənin - yəni hansısa əsəri yarada bilməsini qeyri-mümkün hesab edirəm.

Baxış sayı: 835