Texnologiya
04.01.2019 / 11:00

Chang'e 4 adlı kosmik cihaz ilk dəfə olaraq Ayın qaranlıq tərəfində/ FOTO

 Chang'e 4 adlı kosmik cihaz ilk dəfə olaraq Ayın qaranlıq tərəfində/Çinin Chang’e 4 adlı kosmik aparatı Ayın qaranlıq tərəfinə eniş edən ilk kosmik cihaz olub.

İnform.az technote.az-a istinadən bildirir ki, sözügedən kosmik cihaz dekabrın 8-də tarixində Siçan adlı kosmodromdan start götürüb.

Dekabrın 12-də o, Aya çatıb, 30 dekabr tarixində isə lazımi orbitə çıxıb.

Missiyanın startından 26 gün sonra kosmik aparat Ayın Eytken adlı kraterinin Cənub qütbü zonasında eniş edib.

Qeyd etmək lazımdır ki, bu kosmik missiya çərçivəsində Çin hökuməti heç bir konfrans keçirməyib.

Kosmik cihazın xüsusi konteynerində bir neçə bitkinin dənləri var.

Alimlər Ay mühitində bağlı ekosistemin var olub-olmayacağını yoxlamaq istəyirlər.

Bundan əlavə olaraq kosmik aparat eniş etdyi yerdən ilk fotonu da Yer kürəsinə göndərib.

 Chang'e 4 adlı kosmik cihaz ilk dəfə olaraq Ayın qaranlıq tərəfində/






İnform.az

Baxış sayı: 147